Tramp FTB-ni günahlandırdı

ABŞ prezidenti Donald Tramp FTB rəhbərliyi və ABŞ-ın Ədliyyə Nazirliyini araşdırmaları siyasiləşdirməkdə günahlandırıb.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp bu barədə Twitter-də yazıb:

"FTB və Ədliyyə Nazirliyinin rəhbərliyi və müstəntiqləri müqəddəs istintaq prosesini Demokratlar və Respublikaçılara qarşı siyasiləşdirdilər, halbuki bu, çox yaxın bir müddətə qədər düşünülə bilməzdi".

Lakin, o, hansı araşdırmaların müzakirə olunduğu barədə məlumat verməyib.