- Köhnə - Dünya
- 3 Fevral 2018 09:35
- 3 487
Daha bir miqrant faciəsi - 90 ölü
Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı Liviya sahillərində əksəriyyəti pakistanlı olan təxminən 90 adamın boğularaq həyatını itirdiyini bildirib.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünən BMT-nin Cenevrə Bürosunda təşkil edilən mətbuat konfransında Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Oliviya Headon Liviyanın qərb tərəfindəki Zubare adlı liman şəhərində baş verən faciəyə qayığa həddindən çox insanın mindiyinin səbəb olduğunu açıqlayıb. Hökumətin məlumatına görə, bu hadisədə 90 nəfərin öldüyü bildirilib.
Oliviya Headon 10 miqrantın cansız bədəninin sahilə çıxdığını deyib.