Pentaqon rəhbəri Ukraynada hərbi islahatları dəstəkləyib

Ukraynanın müdafiə naziri Stepan Poltorakla görüşdə Pentaqon rəhbəri Ceyms Mettis Ukraynada hərbi islahatlar haqqında qanunun hazırlanmasını dəstəklədiyini bəyan edib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun nümayəndəsi Dana Uayt RİA "Novosti"yə bildirib.

O, həmçinin tərəflərin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldiyini qeyd edib.