- Köhnə - Dünya
- 3 Fevral 2018 10:56
- 3 080
Alimlər yuxusuzluğun səbəbini tapdılar
Avropalı alimlər insan genetikasında yuxu pozğunluğu ilə əlaqəli olan 956 ən müxtəlif geni aşkar ediblər.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, müəyyən olunmuş genlərin daha da öyrənilməsi yuxusuzluğun müalicəsinə təsir göstərə bilər.
Bu genləri müəyyən etmək üçün təxminən 1.3 milyon insanın DNT-si sınaqdan keçirilib.
"Yuxusuzluq testi" dünyanın ən böyük DNT tədqiqatı olub, belə ki əvvəllər elm adamları yalnız 700 min iştirakçını tədqiqata cəlb etmişdilər.