- Köhnə - Dünya
- 3 Fevral 2018 11:32
- 2 493
Türkiyədə yenə partlayış oldu - Polis yaralanıb
Türkiyədə səhər saatlarında partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış Bursa vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Məlumata görə, insident nəticəsində bir polis əməkdaşı yaralanıb.
Bombanın polis idarəsi yaxınlığındakı körpüdə quraşdırıldığı qeyd olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər təfərrüatlar barədə məlumat verilməyib.