- Köhnə - Dünya
- 3 Fevral 2018 11:45
- 4 164
İtlər adətən qərarsız insanlara hücum edir
Liverpul Universitetinin alimləri itlərin öz sahiblərinin xarakterinə görə daha çox adama hücum etdiyini, onların qurbanlarının isə psixoloji baxımdan qərarsız olan insanların olduğunu aşkar ediblər.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 65 milyon əhalisi olan İngiltərədə 8,5 milyon it saxlanılır. Eyni zamanda 100 min nəfərdən 740-ı onların hücumuna məruz qalır.
Təcrübə aparılan 694 nəfərdən 172-i həyatlarında ən azı bir dəfə it hücumuna məruz qaldığını bildirib.
Həmçinin erkək itlərin dişilərə nisbətən 1,8 dəfə çox insana hücum etdiyi məlum olub.