- Köhnə - Dünya
- 3 Fevral 2018 12:45
- 2 195
Afrində 897 terrorçu məhv edildi
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 897 terrorçu məhv edilib.
“Report” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, son sutkada keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 15 hədəf məhv edilib.
Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.
AzNews.az