- Köhnə - Dünya
- 5 Fevral 2018 09:23
- 2 930
Yaponiya ABŞ-ın yeni nüvə doktrinasını dəstəklədi
Yaponiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni nüvə doktrinasını "yüksək qiymətləndirir".
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya XİN-in nümayəndəsi bildirib:
"Bu, nüvə silahlarının inkişafında rəqibləri dayandırmaqda təsirlidir və ABŞ-ın Yaponiya, o cümlədən müttəfiqlərini qorumaq qabiliyyətini artırır".
Daha əvvəl, Pekin Amerikanın nüvə təlimini tənqid edərək, Vaşinqtonun Çinin nüvə potensialı təhlükəsini qabartdığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın nüvə təlimini ikiüzlü və anti-Rusiya adlandırıb.