- Köhnə - Dünya
- 5 Fevral 2018 16:44
- 4 094
İran Türkiyəyə olan təbii qaz borcunun hamısını ödədi
İranın, Türkiyəyə etdiyi təbii qaz ixracatından doğan borcunun hamısını ödədiyi və Türkiyənin bundan sonra alacağı qazın əvəzini endirimsiz ödəyəcəyi bildirilib.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İranın Milli Qaz Şirkətinin idarəçisi Həmid Rza Araqi "İran indiyə qədər Türkiyəyə 8 milyard kubmetr təbii qazı əvəzsiz olaraq ixrac etdi" deyə bildirib.
Araqi "İran bundan sonra Türkiyəyə normal şəkildə qaz ixrac etməyə davam edəcək və ödənişini alacaq" deyib.
İrandan ildə 10 milyard kubmetr təbii qaz alan Türkiyə 2012-ci ildə qazı baha satdığı səbəbiylə İrana iddia açmışdı.
Beynəlxalq Arbitraj Məhkəməsi 2016-ci ildə İranın əleyhinə qərar verərək, Türkiyəyə 1.9 milyard dollar ödəməsi barədə hökm çıxarmışdı.
İran neft naziri Bijan Zanganeh keçən il, İranın borcunu Türkiyəyə ixrac etdiyi qazın pulunu almayaraq ödədiyini söyləmişdi.