İspaniyada qar yağması ilə bağlı təhlükəli vəziyyət yarandı

İspaniyanın Dövlət Meteorologiya Agentliyı bazar ertəsi günü bildirib ki, qar yağması səbəbindən Madriddə narıncı narahatlıq səviyyəsi elan edilib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İspaniyada qarın yağması səbəbilə 50-dən artıq yolda problem yaranıb.

Madrid hava limanından uçuşlar bir saat təxirə salınıb. Səlahiyyətlilər qarı və buzu yollardan təmizləməklə məşğuldur.

Sürücülərin zəncirsiz yola çıxmamaları və hətta səyahətdən çəkinmələri tövsiyə edilir.