- Köhnə - Dünya
- 6 Fevral 2018 10:55
- 3 277
Kompyuter oyunu üstündə qan töküldü
İstanbulda "Wolfteam" kompyuter oyunu oynayan iki şagirdin görüşü cinayətlə nəticələnib.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, şagird əvvəlcə yoldaşını vurub, sonra boğazından bıçaqlayıb.
Oynadıqları oyun zamanı söyüş söyən uşaqlar sonradan görüşərək mübahisəni davam etdiriblər. Nəticədə onlardan biri digərini bıçaqla vurub. Xəstəxanaya yerləşdirilən şagirdin həyatını xilas etmək mümkün olmayıb.
"Wolfteam" ən son texnologiya istifadə edilərək hazırlanan komyuter oyunudur. Bu oyun da əksər kompyuter oyunları kimi şiddət və zorakılığı təbliğ edir.