- Köhnə - Dünya
- 6 Fevral 2018 11:17
- 4 589
Belə oğurluq hələ olmamışdı
Çin Xəbər Xidmətindən bildirilib ki, oğru Cianqsu əyalətinin Çinşeşu şəhərinə gedən yolun 800 metrlik hissəsinin beton qatını oğurlayıb.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, şəhər sakinləri yolun sökülmüş olduğunu görüb təəccübləniblər. Yolun beton hissəsinin oğurlandığını, yalnız çınqıl və torpaq qaldığını görən sakinlər dərhal məsul şəxslərə məlumat veriblər.
Polis tərəfindən tutulan Çu adlı şübhəli ekskavator kirayələdiyini və 500 ton beton oğurladığını etiraf edib. Çu, gecə saatlarında oğurladığı betonu təxminən 5 min Çin yuanına bir tikinti sahəsinə satdığını söyləyib.
Hiyləgər oğru yolun o qədər də çox istifadə edilmədiyini başa düşdükdə belə bir qərar verdiyini bildirib.