Dünyanın ən zəngin insanları 114 milyard dollardan məhrum oldu

"Bloomberg"in sözlərinə görə, ABŞ fond bazarının düşməsindən sonra dünyanın ən zəngin adamları 114 milyard dollar itirib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Berkshire Hathaway"ın rəhbəri Varren Buffet ən çox zərərlə üzləşib - 5,1 milyard.

İkinci yerdə isə "Facebook"un təsisçisi Mark Zukerberqdir. O, 3,6 milyard dollar itirib.

Üçüncü yeri isə "Amazon"un təsisçisi Ceff Bezos tutub, onun payı 3,3 milyard dollar azalıb.