Torpaqları gerçək sahibinə təslim edəcəyik - Ərdoğan

Partiyasının qrup yığıncağında danışan AKP lideri Rəcəb Tayyib Ərdoğan ötən həftə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında 9.4 milyard dollar dəyərində olan 55 layihə üzərində qərar verdiklərini söyləyib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan eyni yığıncaqda təcili hallar istisna olmaqla ölkədə istisna olunan heç bir məhsul almamağa qərar verdiklərini bildirib.

"Afrindəki əməliyyat İdlibdə də davam edəcək və biz torpaqları gerçək sahiblərinə təslim etmək üçün Menbiçə gedəcəyik" deyə Ərdoğan bəyanat verib.

Ərdoğan həmçinin ABŞ-ın YPG-yə silah yardımı barədə də danışıb və "Biz bu işi edirik və lazımi addımlar atacağıq" ifadəsini işlədib.