Robot nazirin sözünü kəsdi, nazir isə... - Video

İnformasiya Texnologiyaları Agentliyi tərəfindən təşkil edilən Təhlükəsiz İnternet Günü proqramının təqdimatı türk mühəndislər tərəfindən hazırlanan IGABOT adı verilən robot tərəfindən edilib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, robot nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Əhməd Arslanın sözünü tez-tez kəsdikdə, Arslan səlahiyyətlilərə müraciət edərək, "Robotun başı qarışıqdır. Robotu kim idarə edirsə, lazım olanı etsin", deyib.

Sonra robot uzaq məsafədən söndürülüb və səhnədən uzaqlaşdırılıb.