- Köhnə - Dünya
- 6 Fevral 2018 17:23
- 4 127
Putin Ruhani ilə İranın nüvə proqramını müzakirə etdi
Rusiyanın dövlət başçısı Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə iki ölkə arasındakı əlaqələri, Soçidəki Suriya konqresini, eyni zamanda Yəməndə yaşanan böhranı və Fələstin problemini də müzakirə edib. Bu barədə Kremlin saytında məlumat verilib.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər beynəlxalq dialoqun nəticələrinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında Suriya münaqişəsinin həllinə kömək etməsinə və regiondakı vəziyyəti normallaşdırmağa nail olunmasına əsas verəcəyinə ümid edirlər.
Bundan başqa, Rusiya prezidenti iranlı həmkarı ilə İranın nüvə proqramı ilə bağlı birgə tədbirləri müzakirə edib.