Türkiyədə dəhşətli olay - Ana qızını boğdu

Türkiyənin Adıyaman şəhərində anası ilə atası boşanınca uşaq evinə verilən 4 yaşlı Zeynəb A. yüksək qızdırma içində xəstəxanaya yerləşdirilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, sevgilisiylə xəstəxanaya gələn Zəkiyyə S. müalicəsi gedən kiçik qızın boğazını sıxaraq öldürməyə çalışıb.

Həkimlərin hərəkətsiz halda tapdığı Zeynəb A.-nın beyin ölümü gerçəkləşib. Qaçan ana və sevgilisi nəzarətə götürülüb.