- Köhnə - Dünya
- 7 Fevral 2018 09:16
- 3 230
Tramp immiqrantların seçilməsi üçün xüsusi mərkəz yaratdı
ABŞ prezidenti Donald Tramp immiqrantların seçilməsi üçün milli mərkəz qurub. Bu barədə Ağ Evin saytında məlumat verilib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, mərkəz Daxili Təhlükəsizlik Nazirliyi nəzdində yaradılır. O, Dövlət Departamenti və Ədliyyə Nazirliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
Əvvəllər Tramp iki milyon miqrantın ABŞ vətəndaşı olmasına icazə verəcəyini söyləyib.