- Köhnə - Dünya
- 7 Fevral 2018 09:39
- 3 417
Tehranda çirkli havaya görə məktəblər bağlandı
Havanın həddindən artıq çirklənməsi səbəbilə Tehranda sabah orta məktəblərdə dərs keçirilməyəcək.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünən də məktəblərdə bir günlük tətil elan edilmişdi.
Tehranda əhali sıxlığı və köhnə model avtomobillərin çoxluğu da havanı çirkləndirən səbəblərdəndir.
Dünyanın havası ən çirkli 5 şəhərindən biri olan Tehranda bu səbəbdən ibtidai məktəblər tez-tez bağlanır.