- Köhnə - Dünya
- 7 Fevral 2018 10:30
- 4 545
Kor britaniyalı bələdçi atdan istifadə edəcək
Görmə qabiliyyətini itirən ingilis jurnalist Məhəmməd Səlim Patel itlərdən qorxduğu üçün bələdçi at alıb.
"Görmə qabiliyyətimi itirdim və bələdçi iti olan bir çox insanla tanış oldum. Lakin mənim mübarizə edə bilməyəcəyim güclü bir qorxum var və xüsusi atların təlimi haqqında eşitdiyimdə çox sevindim", deyə Patel bildirib.
Digbi adlı poni Amerikadan jurnalistin yaşadığı Bləkbörnə gətirildiyində jurnalist onu özünə götürüb. Patelin fikrincə, Digbi onunla birlikdə yaşamaq üçün kifayət qədər hazır olana kimi bir neçə il keçəcək.