İstanbulda otel yandı - 6 yaralı

İstanbulda 7 mərtəbəli bir oteldə yanğın çıxıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, oteldə çıxan yanğın zamanı altı nəfər içəridə qalıb.

Onlar xilasetmə qrupları tərəfindən qurtarılıb. 3 nəfərin həyati təhlükəsinin olduğu bildirilib. Alınan məlumatlara görə, məlum olmayan səbəbdən otelin üst mərtəbələrində yanğın çıxıb.

Yanğının səbəbi araşdırılır.