- Köhnə - Dünya
- 7 Fevral 2018 11:31
- 5 427
Tramp Melaniyanın əlini yenə tuta bilmədi
ABŞ prezidenti Donald Trampla həyat yoldaşı Melaniya arasında soyuq küləklər əsir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp birinci xanım Melaniya ilə birlikdə Ohaya ştatına getmək üçün vertolyot meydançasına gəliblər.
Burada kameraların olduğunu xatırlayan Tramp həyat yoldaşının əlini tutmaq istəyib. Ancaq Melaniya əlini verməyərək Trampın solundan sağına keçib.
Sağ əlində çantası olan birinci xanım əl-ələ verməmək üçün çantasını bəhanə olaraq göstərmək istəsə də gec qalıb. Əlini qaçırdığı çox açıq şəkildə görünüb.