- Köhnə - Dünya
- 7 Fevral 2018 14:44
- 3 754
Özbəkistanda bu qadağa ləğv edildi
İndi Özbəkistanda turistlər sərbəst şəkillər çəkə və ictimai yerləri, binaları lentə ala bilərlər.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Özbəkistan prezidentinin "Sərhəd turizminin inkişafı üzrə tədbirlər haqqında" fərmanında nəzərdə tutulmuşdur.
Əvvəllər xüsusi icazə olmadan ölkə ərazisində inzibati qurumların, nazirliklərin və digər dövlət qurumlarının yerləşdiyi binaların, habelə bir sıra sənaye obyektlərinin fotosunu çəkmək qadağan edilmişdi.