75 yaşındakı qocanı evlilik vədi ilə aldatdı

Türkiyədə uzun illər əvvəl həyat yoldaşını itirən 75 yaşlı İbrahim T. parkda oturarkən ona yaxınlaşan Nurhan Patır ilə tanış olub.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qoca bir müddət əlaqə saxladıqdan sonra Patırın evliliyini qəbul edib və qadınla birlikdə toy bazarlığına çıxıb.

Bir zərgərdən aldığı 6 min lirəlik qızıl və 10 min lirəlik çeklə otelə gedən qoca səhər oyananda qadının qızıl və pulları götürüb getdiyini anlayıb. Sonra o, bunu polisə xəbər verib.

Otel və ətrafdakı gizli kameraları araşdıran polis Nurhan Patırın gizləndiyi evi tapıb.

Evə edilən əməliyyatla nəzarətə alınan Patır məhkəmədə cəzalandırılıb və həbsxanaya göndərilib.