Küveyt BƏƏ-ni təhqir edən bloggeri həbs etdi

BƏƏ-nin ünvanına təhqir yağdırdığı ittihamı ilə küveytli blogger Abdullah əl-Salehə Küveyt cinayət məhkəməsi tərəfindən 5 il iş kəsilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bundan əlavə, o, digər cinayətlərdə də ittiham olunaraq ümumilikdə 31 il həbs cəzasına məruz qalıb.

BƏƏ-ni təhqir etmək və Küveytlə BƏƏ arasındakı əlaqələri pozmaq adı ilə daha iki Küveyt vətəndaşı həbsxanaya göndərilib.