- Köhnə - Dünya
- 7 Fevral 2018 16:35
- 7 888
Canavar belə intiqam aldı - Video
Qazaxıstanda yaralı canavar ovçudan intiqam almağa çalışıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ovçular canavarı öldürdüklərini sanıb onu videoya çəkməyə başlayıblar.
Bu zaman ovçulardan biri heyvana yaxınlaşıb və onu təpikləməyə başlayıb. Canavar birdən qalxıb və həmin adamı tutmağa çalışıb. Yoldaşları çətinliklə olsa da onu yırtıcının əlindən almağı bacarıblar.
Daha sonra canavar öldürülüb.