Səudiyyə Ərəbistanından İsrailə yeni jest

Səudiyyə Ərəbistanı rəhbərliyi "Air India" aviaşirkətinə aid təyyarələrə Təl-Əvivə uçmaq üçün icazə verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hava limanını İsrailə açaraq iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verib.

Beləliklə, Hindistan və İsrail arasındakı uçuş iki saat yarım qısalacaq.

İsraillə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr şahzadələrin həbsindən sonra daha da dərinləşib.