Yapon şahzadə gözlənilmədən toyu təxirə saldı

Yapon şahzadə Mako keçmiş sinif yoldaşı Kay Komuro ilə toyunu təxirə salıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, imperator Akihitonun nəvəsi deyib ki, evlənmək qərarı "tələsik" idi. Yaponiyanın İmperator Məhkəməsinə görə, nikah mərasimi ilk olaraq 2018-ci ilin noyabr ayına planlaşdırılmışdı, amma cütlüyün "nikahı diqqətlə düşünməsi" və "layiqli hazırlıqları etməsi" üçün toy 2020-ci ilə qədər təxirə salınıb.

Xatırladaq ki, aristokratik mənsubiyyəti olmayan bir gənclə evləndiyi halda şahzadə Mako titulunu itirəcək.