- Köhnə - Dünya
- 7 Fevral 2018 20:46
- 4 588
Tayvanda 6,1 ballıq növbəti zəlzələ
Tayvanda növbəti dəfə zəlzələ baş verib.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, 6,1 bal gücündə olan zəlzələnin dərinliyi 12 kilometr olub.
Qeyd edək ki, dünən gecə də Tayvanda 6,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində son məlumatlara görə, 6 nəfər ölüb, 267 nəfər xəsarət alıb. 67 nəfər itkin düşüb. Güclü təkanlar nəticəsində bəzi binalar əyilib. Əyilən binaların uçmaması üçün polad dirəklər qoyulub.