- Köhnə - Dünya
- 8 Fevral 2018 09:20
- 7 242
Təyyarədə kuryoz olay
"Alyaska Airlines" aviaşirkətinin Boeing 737 təyyarəsi tualetdə özünü bağlayan çılpaq sərnişinə görə hava limanına qayıtmaq məcburiyyətində qalıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarədə uçan sərnişinlərdən biri özünü tualetə qapadıb. Digər sərnişinlər onun çılpaq olduğunu görüblər.
Pilotlar dərhal fövqəladə elan veriblər. Təyyarə endikdən sonra həmin sərnişin FTB agentləri tərəfindən nəzarətə götürülüb. Buna baxmayaraq ona qarşı heç bir ittiham irəli sürülməyib.