- Köhnə - Dünya
- 8 Fevral 2018 09:38
- 3 253
Trampın məsləhətçisi qalmaqal üzündən istefaya getdi
ABŞ prezidenti Donald Trampın böyük məsləhətçisi Rob Porter keçmiş həyat yoldaşlarının onun haqqında zorakılıq iddiası ilə şikayət etdiyini öyrənincə istefa verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yazılı şəkildə istefasını açıqlayan Porter keçmiş həyat yoldaşlarının onunla əlaqədar səsləndirdiyi iddiaları rədd etdiyini vurğulayıb.
Ağ Ev tərəfindən də təsdiqlənmiş istefaya dair bəyanatda Rob Porter çalışdığı təşkilatın zərər görməməsi üçün "işindən çıxdığını" söyləyib.