- Köhnə - Dünya
- 8 Fevral 2018 10:58
- 4 410
Soros "Brexit"i dayandırmaq istəyir
Milyarder Corc Soros Böyük Britaniyanın Avropa Birliyində qalması üçün 400 min funt-sterlinq (təxminən 500 min dollar) sərf edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur The Guardian qəzeti qeyd edir ki, təkcə 1992-ci ildə Soros Britaniyada "qara çərşənbə" zamanı bir milyard dollar qazanıb.
Britaniyanın Avropa Birliyindən çıxarılması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. Seçicilərin əksəriyyəti ölkənin AB-dən çıxarılması ideyasını dəstəkləməyə qərar verib.