Koreyalı haker sirləri açdı

KXDR-də haker-casuslar yoxsulluq, aclıq və hakimiyyət orqanlarının ciddi tələbləri ilə üzləşir.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, KXDR-də onlar geniş miqyaslı virusları yayırlar, məsələn "WannaCry" virusunu buna misal göstərmək olar.

Həm də KXDR rejimi bütün dünyaya haker göndərir, məqsəd isə onların öz ölkələrinə mümkün qədər çox pul gətirməyidir.

Eyni zamanda, hakerlər sosial elita deyil. Agentliyin müəllifinə görə, onlar bir az aşağı ödənişli işçi kimi qəbul edilirlər.

2017-ci ilin dekabrında ABŞ "WannaCry" zərərli proqramının kiber hücumunun arxasında Şimali Koreyanın olmasına əmin olduğunu ifadə edib.