İlon Mask pul qabını kosmosa göndərdiyi maşında unutdu - Video

SpaceX şirkətinin qurucusu İlon Mask 2 gün öncə Falcon Heavy raketini qırmızı rəngli Tesla Redroadsterlə Marsa göndərdi.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, sonradan məlum olub ki, İlon elektromobilində bir əşyasını unudub.

Evdə olarkən bir neçə saat pul qabını axtarıb. Camaşırxanaya gələndə isə yadına düşüb ki, pul qabını kosmosa göndərdiyi idman avtomobilində unudub.

İlon əvvəlcə düşünüb ki, pul qabını oğurlayıblar. Buna görə banka zəng edərək, hesabını yoxlayıb. Hər şey qaydasında olub.

"Mən bir neçə həftə idi ki, pul qabımdan istifadə etmirdim. Hətta, mənim kimi insan üçün də pul qabını itirmək xoşagəlməz haldır." , - İlon belə deyib.