Kim Çen Inın bacısı iki ölkəni yaxınlaşdıra bilər

KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjen Cənubi Koreya prezidenti Mun Çje İni ölkəsini ziyarət etməyə dəvət edə bilər.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dəvət fevralın 10-da şənbə günü, hər iki tərəfin də qatılacağı yemək zamanı edilə bilər.

Mənbələr deyirlər ki, səfər hələ razılaşdırılmamış olsa da, 15 avqusta təyin ediləcəyi gözlənilir. Belə ki, həmin gün 1945-ci ildə Koreya Yaponiya işğalından qurtulub, bu tarix Cənubi Koreyada və KXDR-də bayramdır.

Əvvəllər bildirilib ki, BMT KXDR nümayəndə heyətinin Olimpiya Oyunlarına səfərini təsdiqləyib.