Meksika Venesuelaya qarşı sanksiyalara qoşulmayacaq

Meksikanın energetika naziri Pedro Xoakin Kalduel ölkəsininin Venesuelanın neft sənayesinə qarşı ABŞ-ın mümkün sanksiyalarına qoşulmağı planlaşdırmadığını söyləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, nazir Meksikanın heç bir ölkəyə qarşı neft sanksiyaları tətbiq etməyəcəyini bildirib.

"Biz Venesuela xalqına və digər ölkələrə, əsasən də Karib hövzəsi ölkələrinə neft sanksiyalarının tətbiqindən narahatlığımızı bildiririk " - deyə Kalduel deyib.

O, həmçinin belə sanksiyaların mümkün təsirini öyrənmək üçün Kanada, ABŞ və Meksikanın kiçik bir işçi qrupu yaratdığını da əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Venesuelaya qarşı sanksiyaları uzadıb.