- Köhnə - Dünya
- 9 Fevral 2018 12:43
- 3 948
Misirdə antiterror əməliyyatı başladı
Misirin Sinay yarımadasının şimalında və mərkəzində ordunun və polisin iştirakı ilə geniş miqyaslı antiterror əməliyyatı başlayıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Bu gün (9 fevral) hüquq-mühafizə qüvvələri şimali və mərkəzi Sinayda terrorçu və cinayətkar ünsürlərə qarşı əməliyyata başlayıb", - deyə Misirin silahlı qüvvələrinin nümayəndəsi bildirib.
Daha əvvəl bildirilmişdi ki, İsrail Misir ilə gizli razılaşmaya əsasən iki ildən çoxdur Sinayda üsyançıları bombalayır.