- Köhnə - Dünya
- 9 Fevral 2018 15:41
- 4 075
Putinlə Makron Ukrayna və Suriyanı müzakirə etdi
Rusiyanın dövlət başçısı Vladimir Putin telefonda Fransa prezidenti Emmanuel Makronla Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iki lider arasında gedən müzakirədə Suriyadakı böhranın siyasi bir şəkildə həll edilməsi perspektivləri ətraflı nəzərdən keçirilib.
Eyni zamanda Ukraynadakı vəziyyət də danışıqların mövzusu olub.
Bundan əlavə, hər iki ölkənin müxtəlif strukturları vasitəsilə təmasları davam etdirmək üçün razılığa gəlinib.