- Köhnə - Dünya
- 9 Fevral 2018 16:21
- 4 151
Müəllim şagirdin ağzına "skoç" yapışdırdı
Sankt-Peterburqda prokurorluq orqanları orta məktəblərdən birində müəllimin şagirdin ağzını "skoç"la bağlaması ilə bağlı araşdırma aparırlar.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, prokurorluqdan bildirilib ki, müəllimin hərəkətinə hüquqi qiymət veriləcək və lazımı tədbirlər görüləcək.
Qeyd edək ki, buna bənzər hadisələr əvvəllər də olub. Belə ki, Rostov vilayətindəki Volqodonsk şəhərində, 16 saylı liseydə riyaziyyat müəllimi şagirdlərdən birinin saçını kəsmişdi.