- Köhnə - Dünya
- 10 Fevral 2018 10:28
- 3 228
Tramp yeni "narkotik kralı" təyin edəcək
ABŞ prezidenti Donald Tramp Ağ Evin məsləhətçisi Cim Karrolu narkotiklərlə mübarizədə prezident məsləhətçisi təyin edəcək.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu vəzifə insanlar arasında "narkotik kralı" kimi tanınır.
Hazırda Ağ Ev rəhbərliyinin müavini vəzifəsində işləyən Karrolun təyin edilməsi Senat tərəfindən təsdiq edilməlidir.