Yerin yaxınlığından asteroid keçəcək

Astronomlar beş gün əvvəl kəşf edilmiş bir asteroidin sabah Yerin yaxınlığından keçəcəyini açıqlayıblar.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, NASA tərəfindən maliyyələşdirilən "Catalina Sky" Araşdırma Mərkəzinin müəyyən etdiyi asteroid Yerin 69700 kilometr yaxınlığından keçəcək.

40 metrlik ölçüyə malik "2018 CB" adlandırılan asteroidin Yerə təhlükə yaratmayacağı bildirilir.

Asteroid Yerə ən yaxın mövqedə saat 01:27-də olacaq.