- Köhnə - Dünya
- 10 Fevral 2018 21:30
- 2 720
Türkiyədə 31 İŞİD üzvü saxlanıldı
Türkiyədə polislər İstanbulda İŞİD üzvü olduğundan şübhələndiyi 31 nəfəri hücuma hazırlaşarkən saxlayıb.
AzNews.az xəbər verir ki, polis şəhərin 3 rayonunda 6 ünvanda axtarış aparıb. Saxlananların hamısı əcnəbidir.
Türkiyədə İŞİD-ə qarşı əməliyyatları keçən ilin sonunda gecə klubunda Yeni İl şənliyinə silahlı basqından sonra artırılıb. Hadisə zamanı 39 nəfər öldürülmüşdü.