71 nəfəri daşıyan təyyarə qəzaya düşdü - Yenilənib

Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, "İnterfaks"ın məlumatına görə, təyyaə havada "Почты России" helikpteri ilə toqquşub. Təyyarədə olan 71 nəfərin hamısı həlak olub.

RiaNovosti-nin məlumatına görə, təyyarədə körpə uşaq da olub. Xilasedicilər hadisə yerindən ölənlərin meyitlərini aşkar edib. Təyyarənin qalıqları kilometr radiusda ətrafa səpələnib.

***

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

***

Moskva vilayətinin Ramen rayonunda "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi radardan itib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 65 nəfər sərnişin var.