- Köhnə - Dünya
- 12 Fevral 2018 10:03
- 3 333
Mozambikdə 6 ildə 11 min fil öldürülüb
2011-ci ildən sonra Mozambikdə fillərin 90 faizinin brakonyerlər tərəfindən öldürüldüyü bildirilib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu ərəfədə fillərin sayı 12 mindən minə düşüb.
Geriyə qalan min filin də gərəkli tədbirlər alınmadığı təqdirdə qısa zamanda öldürüləcəyi barədə xəbərdarlıq edilib.
Brakonyerlərin son 10 ildə qitədəki fillərin üçdə birini öldürdüyü məlum olub. Bu da 144 min filin məhv edildiyi deməkdir.