İraq sərmayəçilərə zəmanət verməyə hazırdır

İraq parlamentinin xarici işlər komitəsinin rəhbəri Abdelbari Zebari bildirib ki, Bağdad İraqın infrastrukturunun yenidən qurulmasında iştirak etmək üçün bütün ölkələrə və donor təşkilatlara zəruri zəmanət verməyə hazırdır.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, daha əvvəl İraqın baş naziri Heydər əl-Abadi İŞİD-ə qalib gəldikdən sonra İraqın infrastrukturunu bərpa etmək üçün Bağdada 55-100 milyard dollar arası pul lazım olduğunu açıqlayıb.

İraq hökuməti İŞİD üzərində qələbəni 2017-ci ilin dekabrında elan edib.