- Köhnə - Dünya
- 12 Fevral 2018 13:24
- 5 257
Avropada bank sirri bitdi
Avropa Komissarlığının İqtisadi və Maliyyə İşləri üzrə müvəkkili Piyer Moskovisi Avropada artıq heç bir bank sirri olmadığını söyləyib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, o, "Avropada bank sirri bitdi. Kimsə İsveçredə bir hesaba sahibsə, avtomatik bir məlumat mübadiləsi gedir, yəni bir an əvvəl biz bunu biləcəyik " deyə bildirib.
Onun sözlərinə görə, informasiya mübadiləsi üzrə saziş Lixtenşteyn, San Marino, Andorra və Monako ilə imzalanıb.