- Köhnə - Dünya
- 12 Fevral 2018 15:26
- 3 466
Tərk edilən kişi evi yandırdı
Türkiyənin Konya şəhərində həyat yoldaşı tərəfindən tərk edilən kişi evi yandırıb yoxa çıxıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, həyat yoldaşı tərəfindən tərk edildiyi bildirilən Y.T. əşyalarını toplayıb binanın 8-ci mərtəbəsində yerləşən kirayə qaldığı mənzili yandırıb qaçıb.
Mənzildən alov qalxdığını görən qonşular polisə xəbər veriblər.
Yanğınsöndürənlər yanğın böyümədən mənzili söndürüblər.