- Köhnə - Dünya
- 12 Fevral 2018 16:47
- 5 065
Rusiyada qeyri-adi olay
Bu gecə Rusiyanın Murmansk şəhərində qeyri-adi olay baş verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, gecə naməlum şəxslər Murmanskdakı heyvan sığınacaqlarını dağıdıb və orada olan itlərin hamısını buraxıb.
Sığınacağın müdirəsi Oksana Ançişkin olanları belə şərh edib:
"Sığınacaqda 220 heyvan var idi, onların hamısı buraxıldı. Bunu faciə hesab edirəm və kimin etdiyini təsəvvür edə bilmirəm ".