- Köhnə - Dünya
- 12 Fevral 2018 17:41
- 3 134
Çin də Suriyadakı olaylara müdaxilə etmək istəyir
ABŞ və Rusiyadan sonra Çin də Suriya olaylarına fəal müdaxilə etmək niyyətindədir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çinin Dəməşqdəki səfiri Qi Qianjin ölkəsinin Suriyadakı böhranın həlli üçün daha vacib rol oynayacağını bildirib.
Çin mətbuatına danışan səfir hədəflərinin Suriya xalqına və hökumətinə daha çox yardım etmək olduğunu açıqlayıb.
2017-ci ilin aprel ayından bu yana ən azı 30 çinli biznesmen Suriyaya gedib investisiya yatırmaq üçün fürsət axtarıb.