- Köhnə - Dünya
- 13 Fevral 2018 09:39
- 2 838
Yaponiya Şimali Koreyanın qaçırdığı vətəndaşlarını geri tələb etdi
Yaponiyanın baş naziri Şinzo Abe KXDR Ali Məclisinin sədri Kim Yong Namdan Şimali Koreya xüsusi xidmət orqanları tərəfindən qaçırılan Yaponiya vətəndaşlarını geri qaytarmağı tələb edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Mən birbaşa və qətiyyətlə cənab Kim Yong Nama qaçırılanların problemlərini həll etməyi və onları evlərinə qaytarmalarını xahiş edirəm" - deyə Abe bildirib.
O, Yaponiyanın nüvə və raket proqramı problemi ilə bağlı mövqeyini də açıqlayıb.